BAKI, 23 oktyabr. TELEQRAF
İtaliyalı mütəxəssis Antonio Konte İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi olmaq üçün iki şərt irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.
Belə ki, UEFA Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlubiyyətdən sonra “Mançester Yunayted” rəhbərliyi Konte ilə əlaqə saxlayıb. Tərəflər arasında baş tutan danışıqlardan sonra italiyalı mütəxəssisin İngiltərə Premyer Liqasına qayıtmağa maraq göstərdiyi bildirilib.
56 yaşlı məşqçi “Mançester Yunayted”ə rəhbərlik etmək üçün transfer siyasətinə tam nəzarət etmək və öz məşqçi heyətini formalaşdırmaq hüququ tələb edir. Klub rəhbərliyi isə bu şərtləri qəbul edib-etməmək barədə qərar verməyə çalışır.
Namizədlər sırasında “Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsman, “Nyukasl”ın baş məşqçisi Eddi Hau, “Brayton”un çalışdırıcısı Fabian Hürzeler və “Aston Villa”nın baş məşqçisi Unay Emeri də yer alır.
Klub rəöhbərliyi Maykl Kerriklə bağlı yekun qərarını həsonu İngiltərə Premyer Liqasında “Bornmut”la keçiriləcək oyundan sonra verəcək.
Xatırladaq ki, “Mançester Yunayted” Maykl Kerrikin rəhbərliyi altında mövsümün ilk 11 oyununda cəmi iki qələbə qazanıb.