BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi hazırda 600 milyon dollar təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subramanyam Caişankar ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, mövcud göstəricilər iki ölkənin iqtisadi potensialını tam əks etdirmir və ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var:
“Azərbaycan və Hindistan arasında enerji sahəsində, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Hindistanın enerji şirkətləri arasında əməkdaşlığın möhkəm təməli mövcuddur”.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycanda mindən çox Hindistan şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir:
“Həmçinin Hindistanın iri şirkətlərindən biri Azərbaycanda investisiya layihələrinə başlamaq niyyətini açıqlayıb”.