BAKI, 23 oktyabr. TELEQRAF
Hindistan və Azərbaycan sıx əməkdaşlıq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan xarici işlər naziri Subramanyam Caişankar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq və regional, qlobal məsələləri müzakirə etmək üçün onlara geniş vaxt ayırıb:
“Görüşlər zamanı iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərinin inkişafı imkanları nəzərdən keçirilib”.