BAKI, 23 oktyabr. TELEQRAF

Hindistan şirkətləri Azərbaycanın neft-qaz və enerji sektoruna maraq göstərir.

Teleqraf xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Caişankar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla Hindistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya və enerji sahələrində əlaqələrin inkişafı müzakirə olunub:

“Hindistan şirkətləri Azərbaycanın neft-qaz və enerji sektorlarına maraq göstərirlər. Biz bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”.

S. Caişankar iki ölkənin iqtisadiyyatlarının inkişafı üçün investisiya imkanlarının artırılmasının əhəmiyyətini vurğulayıb.