BAKI, 23 oktyabr. TELEQRAF

Azərbaycan və Hindistan nəqliyyat-logistika sahəsində əməkdaşlığı müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subramanyam Caişankar ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın geniş coğrafi mövqeyi və Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşməsi ölkəni mühüm tranzit mərkəzinə çevirir.

O, nəqliyyat-logistika sahəsində əməkdaşlığın həm Mərkəzi Asiya və Avropa, həm də digər regionlarla əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.