BAKI, 23 oktyabr. TELEQRAF
Amerikalı milyarder İlon Mask noyabrın 3-də keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının qələbəsinə kömək məqsədilə 445 milyon dollardan çox vəsait ianə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, bu, Maskı cari seçki dövrünün ən böyük siyasi donoruna çevirir. O, Demokratlar Partiyasının ən böyük donoru olan milyarder Corc Sorosu da geridə qoyub.
“Bloomberg” yazıb ki, Mask üçün qarşıdan gələn seçkilərin nəticələri böyük əhəmiyyət daşıyır. Demokratlar Nümayəndələr Palatasında nəzarəti ələ keçirsələr, Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyəti diqqət mərkəzinə düşə bilər.
Bundan əlavə, onun rəhbərlik etdiyi “SpaceX”, “Tesla” və “Neuralink” şirkətləri federal tənzimləmə siyasətindən əhəmiyyətli dərəcədə asılıdır.