“Avrotunel”in keçmiş rəhbərini metroda relslərin üzərinə itələyiblər.

Teleqraf.com xəbər verir ki, 91 yaşlı Robert Malpas relslərin üzərinə düşüb və ağır kəllə-beyin travması alıb.

Hazırda vəziyyəti ağırdır.

Ona xətər yetirən 46 yaşlı Pol Krosslini isə polis artıq saxlayıb.

Faktla bağlı araşdırma aparılır.