Yaxın gələcəkdə kosmik buzların hissələri əriyərək atmosferə yayılacaq.

Teleqraf.com xəbər verir ki, Saturn ətrafındakı halqa qar kimi əriyərək yox olur.

Qaz və buz parçalarından ibarət olan həmin halqa saniyədə 4,6-45 ton aralığında çəki itirir və duman şəkilində atmosferə dağılır.

Astrofiziklərin hesablamalarına əsasən, atmosferə daha yaxın olan qaz təbəqəsinin tamamilə yox olması üçün 7 ildən 66 min ilə qədər vaxt tələb olunur.

“Science” jurnalının məlumatına görə, halqa yalnız buz və qazdan deyil, həm də metan, azot və kömürdən də təşkil olunub.