
Bakı, 20 fevral. TELEQRAF
Akvakultura və balıq emalı sahəsindəki çətinliklər, sahənin inkişafı, eləcə də idxaldan asılılığın azaldılması istiqamətində dövlət dəstəyi mexanizmləri nəzərdən keçirilib.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi tərəfindən “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.