BAKI, 9 oktyabr. TELEQRAF

Cari ilin oktyabrın 1-nə əhalinin nominal gəlirləri 72 milyard 711,7 milyon manat olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,2% artıb.

Orta aylıq nominal əməkhaqqı 1 173 manat təşkil edib.