BAKI, 24 noyabr. TELEQRAF
Türkiyə bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Konfransına (COP31) ev sahibliyi edib. Biz Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi və uğurla başa çatdırdığı təşkilati təcrübədən yararlandıq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.
“Tədbir öncəsi azərbaycanlı həmkarlarımızla görüşdük və onların təşkilatçılıq təcrübəsindən geniş şəkildə faydalandıq. Həm mavi, həm də yaşıl zonalarda panellər təşkil edərək yerli və xarici məruzəçiləri qəbul etdik. Noyabrın 13-də təşkil etdiyimiz Maliyyə və Ticarət Gününü geniş iştirakla keçirilən ziyafətlə yekunlaşdırdıq.
Növbəti dövrdə bankçılıq sektorunun iqtisadi artımı dəstəkləməklə yanaşı, ekoloji və sosial məsuliyyətləri də nəzərə alan yanaşmanı daha güclü şəkildə mənimsəməsi zəruri olacaq”