BAKI, 24 noyabr. TELEQRAF

2026-cı ilin 10 ayı ərzində "myGov" platformasında istifadəçi bazası 2.2 dəfə artıb, unikal istifadəçi sayı 5 milyon nəfəri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.

O qeyd edib ki, bu rəqəmin 60 faiz hissəsi aylıq aktiv istifadəçidir:

“myGov" vasitəsilə təqdim olunan xidmətlərdən istifadə 4.5 dəfə artıb, məlumatlardan istifadə 2.2 isə dəfə artıb.
Qarşda duran başlıca hədəf nəinki vətəndaş istiqamətində, eyni zamanda hüquqi şəxslərə münasibətdə dövlət xidmətlərinin vahid pəncərə platforması üzərindən həyata keçirilməsidir və yaxın gələcəkdə artıq "myGov" biznes platformasının ilkin pilot versiyasının istifadəyə verilməsi nəzərdə tutulub”.