BAKI, 24 noyabr. TELEQRAF

Banklar finteklərə yalnız rəqib və ya texnoloji təchizatçı kimi deyil, bir sıra sahələrdə strateji tərəfdaş kimi baxmalıdırlar.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.

Bununla belə, E. Abdullayev qeyd edib ki, fintex sektorunun banklarla rəqabət aparmaq məcburiyyətində qaldığı sahələr hələ də mövcuddur. O qeyd edib ki, bu məsələdə Mərkəzi Bankın ədalətli ekosistemin qorunmasındakı roluna ümid etdiklərini vurğulayıb.

“İnsanların daha sürətli, dayanıqlı və 7/24 əlçatan xidmətlərə tələbatı artır. Bu prosesdə Mərkəzi Bank, banklar və fintex şirkətləri arasında düzgün əməkdaşlıq həlledici rol oynaya bilər.

Bu üç tərəfin heç biri prosesi təkbaşına idarə edə bilməz. Mərkəzi Bankın rolu yalnız qaydaları müəyyənləşdirməklə məhdudlaşmamalı, həmçinin bazarın inkişaf istiqamətlərini müəyyənləşdirmək, riskləri qiymətləndirmək və innovasiyaların təhlükəsiz inkişafı üçün mühit yaratmaqdan ibarət olmalıdır”, - deyə o əlavə edib.