BAKI, 24 noyabr. TELEQRAF

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.48% azalaraq 3.634 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.57% ucuzlaşaraq 42.49 ABŞ dolları təşkil edib.