BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan rəqəmsal transformasiya sahəsində əhəmiyyətli irəliləyiş əldə edib. Ölkədə müvafiq göstərici hazırda 68 faiz təşkil edir və bu, bir çox ölkəni qabaqlayan nəticədir.

Teleqraf xəbər verir ki, bu barədə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Onur Faydacı X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.

E.Özkan qeyd edib ki, Azərbaycan inkişaf mərhələlərini sürətlə keçərək bir sıra Qərbi Avropa ölkələrini, eləcə də iqtisadiyyatının həcmi Azərbaycandan dəfələrlə böyük olan dövlətləri geridə qoyub.

“Mastercard” rəsmisi mobil ödənişlərin də ölkədə geniş yayıldığını vurğulayıb.

O bildirib ki, ödəniş ekosistemi təxminən hər 10 ildən bir dəyişir:

“Əvvəlcə plastik kartlar, daha sonra təmassız ödəniş texnologiyaları, hazırda isə mobil cihazlar və smartfonlar ön plana çıxır.

“Apple Pay” və “Google Pay” texnologiyalarının Azərbaycanda istifadəyə verilməsindən cəmi dörd il keçməsinə baxmayaraq, hazırda hər iki təmassız əməliyyatdan biri mobil telefon vasitəsilə həyata keçirilir.

Dünyada bu səviyyəyə çatan ölkələrin sayı çox azdır. Bəlkə də, Böyük Britaniya və Sinqapuru qeyd etmək olar. Lakin Azərbaycan bu sahədə regionumuzun, Şərqi Avropanın ən qabaqcıl ölkəsidir”.