BAKI, 24 noyabr. TELEQRAF
Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) anlaşma memorandumları imzalanıb.
Teleqraf xəbər verir ki, Memorandumlardan biri Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Mərkəzi Asiya Fintex Assosiasiyası arasında imzalanıb.
Sənədi Mərkəzi Asiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov və ABA-nın icraçı direktoru Yunus Abdulov imzalayıblar.
Digər memorandum isə Azərbaycan Banklar Assosiasiyası ilə Tacikistan Banklar Assosiasiyası arasında imzalanıb. Sənədi ABA-nın sədri Zakir Nuriyev və Tacikistan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Junaidullo Şarafov imzalayıb.