BAKI, 24 noyabr. TELEQRAF
“Mastercard” yaxın zamanda Azərbaycanda agent əsaslı ticarət istiqamətində yeniliklər elan edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Onur Faydacı X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.
O qeyd edib ki, “Mastercard” son dövrlərdə süni intellekt vasitəsilə həm insanların, həm də bankların işini asanlaşdırmaq üçün konkret təqdimatlar və nümunələr əsasında Azərbaycanda maliyyə sektoruna həllər təklif edir.
O. Faydacı əlavə edib ki, təşkilatın qlobal araşdırmalarına əsasən, hər 100 təşkilatdan 78-i süni intellekti ən azı bir əməliyyatını tətbiq edir. Maliyyə sektorunda isə bu göstərici 90 faizə çatır.