BAKI, 24 noyabr. TELEQRAF
Türkiyənin bank sektorunun aktivlərinin ümumi həcmi 1,2 trilyon dollara yaxınlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.
O qeyd edib ki, ölkədə kreditlər əsasən istehsalın, investisiyaların, məşğulluğun və ixracın maliyyələşdirilməsini dəstəkləyir:
“Türkiyədə unikal müştərilər üzrə təkrarlanmayan rəqəmsal bankçılıq xidmətlərinin aktiv istifadəçilərinin sayı 131 milyon nəfərə çatıb. Mobil və internet bankçılığı vasitəsilə həyata keçirilən pul köçürmələrinin ümumi daxili məhsula nisbəti 66 faiz səviyyəsindədir. Ani ödəniş sistemlərində gündəlik əməliyyatların həcmi 2026-cı ildə orta hesabla 4 milyard dolları ötüb”.