BAKI, 12 avqust. TELEQRAF
2025-ci il ərzində Azərbaycanda auditor xidməti göstərilməsinə dair mövcud 7815 müqavilədən 1001-i, yəni 13%-i yerinə yetirilməyib.
Teleqraf Auditorlar Palatasının İllik Hesabatına istinadən xəbər verir ki, müqavilələrin məbləği üzrə isə 152 mln. manatdan 38 mln. manatı, yəni 25%-i yerinə yetirilməyib.
2024-cü il ilə müqayisədə 2025-ci ildə yerinə yetirilməmiş müqavilələrin sayı 814-dən 1001-ə qədər, yəni 187 ədəd və ya 23%, məbləği 34,6 mln. manatdan 38 mln. manata qədər, yəni 3,4 mln. manat və ya 10% artmışdır.
Qeyd edək ki, yerinə yetirilməmiş müqavilələr sayına görə 416-sı 2025-ci ilin noyabr, dekabr aylarında bağlanmış müqavilələrdir.