BAKI, 11 avqust. TELEQRAF
2026-cı ilin yanvar – iyul ayları ərzində Naxçıvan üzrə istehlakçılara 1,2 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 5,3 milyon manata yaxın olub.