BAKI, 12 avqust. TELEQRAF

2026- cı ilin II rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.6% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.

Məlumata görə, ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 12.4%, təkrar mənzil bazarında isə 8.6% yüksəlib.

2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4%, aylıq əsasda isə 0.3% artıb.