BAKI, 12 avqust. TELEQRAF
“İranın Ali rəhbəri Müctəba Xamenei ancaq təhlükəsizlik səbəblərinə görə ictimaiyyət qarşısına çıxmır”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi deyib.
SEPAH rəsmisi Müctəba Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı suala belə cavab verib:
“Bu strategiya onun öz işidir. Düşmənlərimiz cinayətkardır, qanuna tabe olmurlar. Əlbəttə, bu, təhlükəsizlik məsələsidir. Şübhəsiz ki, başqa səbəb yoxdur”.
SEPAH baş komandanının müşaviri ali rəhbərlə şəxsən görüşüb-görüşmədiyi barədə suala cavab verməkdən yayınıb.
Xatırladaq ki, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başladığı vaxtdan bəri bir dəfə dəfə də ictimaiyyət qarşısına çıxmayıb. Həmin əməliyyat zamanı onun atası, İranın əvvəlki ali rəhbəri Əli Xamenei öldürülüb. Müctəba Xameneinin isə ağır yaralandığı barədə məlumat yayılıb.