BAKI, 12 avqust. TELEQRAF
Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) Moxa limanına ballistik raketlərlə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı Yəmən Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.
Limana iki ballistik raket atılıb, mümkün dağıntılar və itkilər barədə məlumat yoxdur.
Husilər avqustun 11-də Moxa şəhəri ətrafında və Mərib vilayətində Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə ballistik raketlər və dronlarla kütləvi zərbələr endirdiklərini açıqlamışdılar. Həmin gün “Ənsarallah” Bab əl-Məndəb boğazında “Tihama” adlı ticarət gəmisinə də hücum edib.