BAKI, 12 avqust. TELEQRAF

Ölkənin sərfəli mobil operatoru “Nar” dövlət qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq. Tələbələrin universitet həyatına uğurlu başlanğıc etmələrinə dəstək məqsədilə onlara müasir smartfonlar, xüsusi “Nar” mobil nömrələri və balans hədiyyə olunacaq. Bu təşəbbüs gənclərin əldə etdikləri uğurları qiymətləndirməklə yanaşı, onları ali təhsil dövründə yeni nailiyyətlər qazanmağa həvəsləndirməyi hədəfləyir.

Qeyd edək ki, “Nar” artıq 10 ildir, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin uğurlarını dəyərləndirir. Bu müddət ərzində 100-ə yaxın gənc mobil operator tərəfindən mükafatlandırılıb. “Nar” təhsili cəmiyyətin inkişafının əsas dayaqlarından biri hesab edir və bu istiqamətdə həyata keçirdiyi sosial məsuliyyət təşəbbüsləri ilə gənclərin inkişafına davamlı dəstək verir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.