BAKI, 12 avqust. TELEQRAF
“ABŞ və İsrailin fevralın 28-də Tehrana hava hücumu zamanı raket birbaşa İranın hazırkı Ali rəhbəri Müctəba Xameneinin yaşadığı mənzilə düşüb”.
Teleqraf xəbər verir ki, bunu İranın paytaxtı Tehranın meri Əlirza Zəkani yerli mediaya deyib.
Mer əsas hədəfin sözügedən hücum zamanı öz iqamətgahında öldürülmüş İranın o zamankı ali rəhbəri Əli Xamenei olduğunu bildirib.
“Raket birbaşa onun yaşadığı mərtəbəyə dəyib, çünki həmin yer düşmənin əsas hədəflərindən biri idi”, - o qeyd edib.
Zəkani əlavə edib ki, Müctəba Xamenei və həyat yoldaşı hücum zamanı eyni yerdə olub: “Raket zərbəsi nəticəsində onun həyat yoldaşı həlak olub, Müctəba Xamenei isə yaralanıb”.