BAKI, 12 avqust. TELEQRAF
2026-cı ilin iyulunda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 440 min barel olub.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında qeyd edilib.
Məlumata görə, ötən ay ölkədə gündəlik neft hasilatı iyun ayının göstəricisi ilə eyni olub.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 111 min barel geridə qalıb.