BAKI, 12 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Mərkəzi Bank 23 dəfə olmaqla ümumilikdə 92 not hərracı keçirilib.
Teleqraf Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrünün göstəricisi (66) ilə müqayisədə 39,4% çoxdur.
AMB-nin not portfelinin ümumi həcmi dövrün sonuna 484 mln. manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 113 mln. manat çoxdur.
Dövr ərzində qısamüddətli notların gəlirliliyində də azalma müşahidə olmuşdur. Belə ki, 2026-cı ilin iyun ayında keçirilən son hərraclarda formalaşan gəlirlilik ötən ilin sonu ilə müqayisədə bütün müddətlər üzrə enib. Belə ki, gəlirlilik 28 günlük notlarda 6.75%-dən 6.54%-ə, 84 günlük notlarda 6.68%-dən 6.49%-ə, 168 günlük notlarda 6.80%-dən 6.48%-ə, 252 günlük notlarda isə 6.85%-dən 6.50%-ə düşmüşdür.