BAKI, 12 avqust. TELEQRAF

2025-ci 2024-cü il ilə müqayisədə ildə könüllü auditdən keçən təsərrüfat subyektlərinin sayı 50,1%-dən 31%-ə qədər azalıb.

Teleqraf Auditorlar Palatasının İllik Hesabatına istinadən xəbər verir ki, məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayı isə 49,9%-dən 69%-ə qədər artıb.

İl ərzində yerinə yetirilən 6783 audit müqaviləsindən 4665-i məcburi auditin subyekti, 2118-i isə könüllü auditin subyekti olub.

respublika üzrə 6140 məcburi audit subyektindən 4660-ı (76%) auditdən keçib.