BAKI, 11 avqust. TELEQRAF

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.07% artaraq 4.467 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.66% bahalaşaraq 65.70 ABŞ dolları təşkil edib.