BAKI, 12 avqust. TELEQRAF
“Bu gecə Ukrayna Müdafiə Qüvvələri Novorossiyskdə yerləşən hərbi-dəniz bazasında unikal əməliyyat keçirib. Novorossiysk Rusiya donanmasının Qara dənizdə qalan əsas son dayaq məntəqəsidir və cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşir”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bizim “Palyanitsya” reaktiv dronlarımız, “Neptun” raketlərimiz və pilotsuz dəniz sistemlərimiz müəyyən edilmiş hədəflərə dəqiq zərbələr endirib. Hava hücumundan müdafiə mövqelərinə, estakadalara və dəniz limanının infrastrukturuna zərbələrin dəydiyi təsdiqlənib”, - dövlət başçısı bildirib.
Zelenski qeyd edib ki, Rusiya donanması və onu dəstəkləyən bütün infrastruktur Moskvanın təcavüzü davam etdiyi müddətdə təhlükəsiz olmayacaq: “Müharibəni dayandırmaq lazımdır və diplomatiya üçün bütün məntiqli təkliflər masadadır”.