BAKI, 12 avqust. TELEQRAF
İngiltərənin “Çelsi” klubu İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən sol cinah müdafiəçisi Pep Çavarria ilə 5 illik müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi 28 yaşlı futbolçu üçün 16,3 milyon funt sterlinq ödəyib. Müqavilədə əlavə ödənişlərin də nəzərdə tutulduğu bildirilir.
Çavarria “Çelsi”də “Real Madrid”ə 55,8 milyon funt sterlinq qarşılığında keçən Mark Kukurellanı əvəz edəcək.