BAKI, 11 avqust. TELEQRAF

2025-ci il ərzində vergi hüquqpozmaları ilə mübarizə çərçivəsində 2131 cinayət işi icraatda olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında qeyd olunub.

Məlumata görə, başa çatmış cinayət işləri üzrə 202,7 milyon manat ziyan vurulub. Cinayət işləri üzrə dövlət büdcəsinə 156 milyon manat vəsait ödənilib.

Hesabat dövründə cinayət işləri ilə əlaqədar 7 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işlərinin 1007-si (47,3%) icraatı təzələnmiş, 980-i (46%) başlanmış, 75-i (3,5%) əvvəlki ildən icraatda qalmış, 39-u (1,8%) başqa işlərdən ayrılmış, 20-si (0,9%) qaytarılmış, 10-u (0,5%) isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər olub.