BAKI, 11 avqust. TELEQRAF

2026-cı il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin vergi borcu 3 milyard 253,3 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında qeyd olunub.

Hesabata əsasən, həmin tarixə artıq ödəmə məbləği 2 milyard 400,7 milyon manat olub.

2025-ci ildə vergi yığımları üzrə cəmi qaytarılan vəsait 390,8 milyon manat təşkil edib.

Vergi borclarının ümumi daxilolmalarda xüsusi çəkisi 19,9%, artıq ödəmələrin ümumi daxilolmalarda xüsusi çəkisi isə 14,7% olub.

DVX-nin məlumatına görə, artıq ödəmə məbləğinin mühüm hissəsi ölkə daxilində əldə edilmiş mallara görə əldə edilmiş elektron qaimə-fakturalar əsasında ƏDV üzrə əvəzləşmə və idxalda ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranan müsbət saldodur.