BAKI, 12 avqust. TELEQRAF
“Şəfa” klubu yeni mövsüm öncəsi heyətini dörd gənc futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi Ayxan Əlizadə, Nurhan Abdıyev, Eltun Babazadə və Elmar Məmmədovla müqavilə imzalayıb.
19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədov komandaya cəlb olunub.
Müqaviləyə əsasən, Əlizadə, Babazadə və Məmmədovla əməkdaşlıq iki il müddətinə nəzərdə tutulub. Abdıyevin sözləşməsi isə birillikdir.