BAKI, 11 avqust. TELEQRAF

Avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4% artaraq 888.320 artıb.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,8% artaraq 61.805 təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5% artıb və 243.263 olub.