BAKI, 11 avqust. TELEQRAF
2025-ci il ərzində Azərbaycanda vergi ombudsmanına 181 vergi ödəyicisindən 337 müraciət, o cümlədən 156 eyni, 6 təkrar müraciət çıxıldıqdan sonra 175 sayda faktiki müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında qeyd olunub.
Məlumata görə, 4 vergi ödəyicisinin əvvəlki hesabat ilində daxil olmuş müraciətləri də nəzərə alınmaqla cari hesabat dövründə 179 sayda müraciət üzrə araşdırma aparılıb. Nəticədə 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayan hal olub və onlardan 72 müraciət üzrə vergi ödəyicilərinin hüququnun pozulması halı müəyyən edilməyib, 16 müraciət üzrə müraciətə səbəb olan hal araşdırma müddətində aradan qalxıb, 12 müraciət əsasnamə ilə səlahiyyətlərə aid olmadığından müraciət edən şəxslərə müvafiq izah verilib.
Bundan əlavə, 76 müraciət üzrə vergi ödəyicilərinin hüquqlarının pozulduğu müəyyən edilərək aidiyyəti struktur bölmələrə tövsiyə verilib və həmin tövsiyələrdən 57 müraciət üzrə verilmiş tövsiyələr nəzərə alınaraq vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib, 19 müraciət üzrə verilmiş tövsiyələr aidiyyəti struktur bölmələr tərəfindən nəzərə alınmayıb.
Hesabat dövrünün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib.