BAKI, 12 avqust. TELEQRAF

2026-cı ilin iyun ayında manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi ötən ilin dekabrına nəzərən 0.2%, real effektiv məzənnəsi isə 2.3% ucuzlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.

Məlumata görə, Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib. Belə ki, iyun ayında ötən ilin dekabr ayına nəzərən inflyasiya (6 aylıq) Azərbaycanda 2.7% olduğu halda, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiya 4.7% olub.