BAKI, 11 avqust. TELEQRAF

2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə Dövlət Vergi Xidməti (DVX) tərəfindən təmin edilən cəmi fiskal daxilolmalar 19 milyard 810 milyon 349 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında qeyd olunub.

Məlumata görə, həmin dövrdə DVX-nin fəaliyyətinin təmin edilməsi üçün cəmi çəkilən xərclər 229 milyon 609 min manat (kapitallaşma xərcləri çıxılmaqla) həcmində olub.

Beləliklə, yığım məsrəfi 1,16% təşkil edib - təmin edilən hər 100 manat büdcə daxilolması müqabilində vergi orqanlarının fəaliyyətinə 1,16 manat xərclənib.

Qeyd edilən dövrdə DVX-nin vəzifəli şəxsləri üzrə ştat vahidinin sayı 3.259 miqdarında müəyyən olunub.