BAKI, 12 avqust. TELEQRAF
“Sabah” klubu Avrokuboklarda ikinci stadion kimi Tofiq Bəhramov adına Respublika stadionunu qeyd edib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı yaxın günlərdə daha ətraflı və dəqiq məlumat veriləcək.
***
13:23
UEFA Azərbaycan çempionu "Sabah" və İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının başlama vaxtını və məkanını açıqlayıb.
Teleqraf qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.