BAKI, 12 avqust. TELEQRAF
Bakının Nizami rayonunda, Heydər Əliyev prospektində yol qəzası baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hava limanı istiqamətində hərəkətdə olan avtomobil yolun kənarında dayanmış digər nəqliyyat vasitəsinə çırpılıb.
Mərkəzin məlumatına görə, dayanmış avtomobilin sürücüsü digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməyib.
Qeyd olunub ki, məcburi dayanma zamanı sürücü qəza dayanma işıqlarını yandırmalı və nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır.
NİİM sürücüləri yollarda diqqətli olmağa və sürət həddinə əməl etməyə çağırıb.