BAKI, 31 iyul. TELEQRAF

Fiziki və hüquqi şəxslərdən cəlb edilən depozitlər üzrə faizlər azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib:

"Mərkəzi Bank ötən ilin iyunundan uçot dərəcəsini aşağı salmağa başlayıb. İl ərzində uçot dərəcəsi 0,75 faiz bəndi azaldılıb.Nəticədə fiziki şəxslərdən cəlb edilən depozitlərin faizləri 2025-ci ilin iyun ayı ilə müqayisədə 0,5, hüquqi şəxslərin depozitləri üzrə isə 0,3 faiz bəndi azalıb.

Kredit faizlərinə gəlincə, fiziki və hüquqi şəxslərə verilən yeni kreditlərin faizləri müvafiq olaraq 0,2 və 0,3 faiz azalıb".