BAKI, 5 noyabr. TELEQRAF

İkinci təyyarə bu gün göyərtəsində bomba olması təhlükəsi səbəbindən Rumıniya paytaxtının beynəlxalq hava limanına eniş edib.

Teleqraf xəbər verir ki, Air Serbia şirkətinin Belqrad-Buxarest marşrutu üzrə ASL 102 reysi ilə uçan təyyarə Buxarest hava limanına eniş edib.

Şirkət açıqlamasında bildirib ki, yoxlama başa çatıb və real təhlükəni təsdiqləyən heç bir element aşkar edilməyib.

Hava limanında hava hərəkəti tamamilə təhlükəsizdir, təyyarələr uçuş planına uyğun olaraq hərəkət edir.