BAKI, 31 iyul. TELEQRAF
İlin ilk 6 ayında Mərkəzi Bank hərraclar vasitəsilə valhyuta bazarında 757 milyon dollar satıb.
Teleqraf xəbər verir ki, bu fikirləri Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ilin 6 ayında hərraclar vasitəsilə 3,8, ötən ilin eyni dövründə isə 2,7 milyard dollar satılmışdı:
"Kifayət qədər kəskin azalma var. Aprel ayının 1-dən 34 hərrac keçirilməli idi. Cəmi 23 hərrac baş tutmayıb. 11 hərracda cəmi 242 milyon dollar hərrac vasitəsilə satılıb. May ayında ümumiyyətlə hərrac keçirilməyib. Mərkəzi Bank hətta hərraca 70 milyon dollar çıxarıb banklar almayıb. 2016-2017-ci illərdən bu tərəfə ilk dəfədir ki, hərraclarda analojı vəziyyət müşahidə edilir. 2022-ci ildən biz banklarası valyuta platforması yaradılıb. 2026-cı il həmin platformada ən yüksək dövriyyə olan ildir. Banklar öz aralarında valyuta alışı apardıqlarından Mərkəzi Bankın valyutasına ehtiyac qalmayıb".