BAKI, 31 iyul. TELEQRAF
2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizi parametrləri barədə qərara həsr olunmuş mətbuat konfransında bildirdi.
Onun sözlərinə görə, inflyasiya xarici və xərc təklif amillərindən təsirlənib:
Mart ayının sonuna xarici ticarət tərəfdaşlarında ortaçəkili inflyasiya 7,7 faiz təşkil edib.Bu da inflyasiyaya 2,84 faiz artıcı təsir göstərb.İyun ayının göstəricilərinə əsasən kənd təsərrüfatında inflyasiya 3,8 faiz artıb. Bu da inflyasiyaya 1,6 faiz təsir göstərib.Tələbd amillərinə gəlincə, dövlət və ev təsərrüfatlarının istehlakını qeyd etmək istərdim. Mart ayının nəticələrinə əsasən, illik əsassa müvafiq olaraq 10,3 və 7,4 faiz artım qeydə alınıb. Bu da inflyasiyaya 2 faiz bəndi təsir göstərib. Digər amillərin inflyasiyaya təsiri 0, 67 bədi azaldıcı təsir edib. Yenilənmiş proqnozlarımız göstərir ki, ilin sonuna inflyasiya 6,1 faiz olacaq".
O həmçinin illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1 faiz, 2027-ci ilin sonunda 5.8 faiz, 2028-ci ildə inflyasiyanın 4.4 faiz olacağını açıqladı.