BAKI, 2 iyun. TELEQRAF

Yaxın üç il ərzində Özbəkistanın kimya sənayesində ümumi dəyəri 2,8 milyard ABŞ dolları olan 42 layihənin işə salınması tapşırığı qoyulub.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

Dövlət başçısının sözlərinə görə, dünyada mineral gübrələrə olan tələbat hər il 5% artır və 2030-cu ilə qədər bu göstərici 260 milyard dolları ötəcək.

Xüsusilə suda həll olunan gübrələrə tələbatın kəskin şəkildə artdığını qeyd edən Ş.Mirziyoyev əlavə edib ki, Özbəkistanda bu növ gübrələrin istehsalı 2030-cu ilə qədər 100 min tondan 400 min tona çatdırılacaq.