BAKI, 31 oktyabr. TELEQRAF

Bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft ixracı azalıb.

Teleqraf xəbər verir ki, hesabat dövründə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 302 milyon dollar dəyərində ixrac reallaşdırıb. Ötən il bu rəqəm 309 milyon dollar olub.

Hesabat dövründə “SOCAR Polymer” MMC-nin ixracı 207 milyon dollar, “AzerGold” QSC-nin ixracı 165,6 milyon dollar təşkil edib. Hər iki müəssisənin ixracı artıb.

Əvəzində “Azəralüminium” və "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-lərin ixracı azalıb. “Azəralüminium”un ixracı ötən ilki 107,1 milyon dollardan 92,2 milyon dollara, "Azərpambıq Aqrar Sənaye Kompleksi"nin ixracı isə 42,6 milyon dollardan 30,3 milyon dollara düşüb.