
BAKI, 15 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında dünya bazarına çıxarılan Azərbaycan neftinin 76,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə nəql edilib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, cari ilin birinci rübündə bu kəmər vasitəsilə 6 milyon 880,8 min ton neft ötürülüb.
Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2 faizini, yəni 5 milyon 727,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 faizini, yəni 1 milyon 153,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Onu da bildirək ki, yanvar-mart aylarında magistral neft kəmərləri ilə Azərbaycandan dünya bazarına, ümumilikdə, 9 milyon 28,8 min ton neft nəql edilib.