
BAKI, 15 aprel. TELEQRAF
Paytaxtın bir sıra küçələrində piyada keçidləri yenilənib.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, müvafiq işlər şəhərin Xəlil Rza Ulutürk, Hənifə Ələsgərov, Mehdi Hüseyn, Həsən Əliyev küçələrində həyata keçirilib.
Qeyd edək ki, piyadaların hərəkətinin təhlükəsizliyini artırmaq üçün bu cür tədbirlərin keçirilməsi müntəzəm olaraq davam etdirilir.