
BAKI, 15 aprel. TELEQRAF
Bu gündən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin növbəti ümumi yığıncağının gündəliyindəki məsələlər üzrə səsvermə prosesi başlayıb.
Milli Depozit Mərkəzindən Teleqraf-a verilən məlumata görə, gündəlik üzrə materiallar və səsvermə bülleteni həmin tarixdən etibarən səhmdarların İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinetlərinə yerləşdirilib.
Səhmdarlar 7 may 2025-ci il tarixinədək gündəlikdəki məsələlərə münasibətlərini bildirə bilərlər. Bunun üçün onlar ya elektron qaydada – şəxsi kabinet vasitəsilə səs verə, ya da səsvermə bülletenini çap edərək, məsələlərə münasibətini dəqiq və şərtsiz şəkildə (lehinə, əleyhinə, bitərəf) bildirərək, imzasını qanunvericiliyə uyğun qaydada (notarial və s.) təsdiq etdirməli və şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə bülleteni qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına göndərməlidirlər.