BAKI, 15 aprel. TELEQRAF

Maliyyə Nazirliyinin hazırladığı 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb.

Nazilikdən Teleqraf-a verilən məlumata görə, Ortamüddətli Büdcə Çərçivəsi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını ehtiva edir.

Ortamüddətli Büdcə Çərçivəsi, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları əks etdirir.

Ortamüddətli Büdcə Çərçivəsi ilə bu link vasitəsilə tanış olmaq mümkündür.